XƏBƏR, SİYASƏT
15-11-2022, 14:22

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyaya dövlət səfərinə gəlib-FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyaya dövlət səfərinə gəlib-FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına dövlət səfərinə gəlib.

Qərbinfo.az-ın məlumatına görə, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Tirana şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku və digər rəsmi şəxslər qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyev Albaniyaya dövlət səfərinə gəlib-FOTO
Azərbaycan Prezidenti İlham Əliyev Albaniyaya dövlət səfərinə gəlib-FOTO






Son Xəbər