XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
14-11-2022, 15:20

Şəhid Səbuhi Qasımovun əziz xatirəsi doğum günündə anılıb

Şəhid Səbuhi Qasımovun əziz xatirəsi doğum günündə anılıb

Azərbaycan xalqının çağdaş tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük Vətən müharibəsində Şanlı Tarixin yazılmasında qəhrəman oğullarımız canlarını, qanlarını, arzularını Vətən üçün fəda etdilər.

İllər ötsə də şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.

Bu gün ölkəmizin hər yerində şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram bəslənildiyinin şahidi olmaq mümkündür. Şəhidlər xiyabanı bütün azərbaycanlıların, Vətənimizi, xalqımızı sevən hər kəsin and, ziyarət yerinə çevrilib.

Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən igid oğullarımızdan Qasımov Səbuhi Telman oğlunun əziz xatirəsi şəhidimizin doğum günündə anılıb.

Səbuhi Telman oğlu Qasımov 2001-ci il noyabrın 12-də Şəmkir şəhərində anadan olub. 2009–2018-ci illərdə C. Rüstəmov adına Şəmkir şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.

Qərbinfo.az-ın məlumatına görə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Səbuhi Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səbuhi Qasımov Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Noyabrın 18-də Şəmkir şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi.






Son Xəbər