XƏBƏR, HADİSƏ
10-11-2022, 11:22

Şəmkirdə mağazalardan oğurluq edən şəxs saxlanılıb - FOTO

Şəmkirdə mağazalardan oğurluq edən şəxs saxlanılıb - FOTO

Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində özgənin əmlakını talamaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Mirpaşa Rəhimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qərbinfo.az-a verilən məlumata görə, saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, o cari ilin oktyabr ayında rayonun Dəllər qəsəbəsində yerləşən 3 mağazadan ümumi dəyəri 7610 manat olan nağd pul, kompyuter, mobil telefon və tütün məmulatlarını oğurlayıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son Xəbər