XƏBƏR, HADİSƏ
2-11-2022, 09:35

Azərbaycanda yüksək vəzifəli şəxslər qəzaya düşdülər

Azərbaycanda yüksək vəzifəli şəxslər qəzaya düşdülər

Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qərbinfo.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Nəqliyyat vasitəsində olan şəxslər - “Azərişıq” ASC-nin sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini, Samir adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.






Son Xəbər