
Sumqayıtda hərbçimiz dəm qazından boğularaq vəfat edib.
Qərbinfo.az-ın məlumatına görə, Şəki şəhər sakini, 2001-ci il təvəllüdlü Yusifli Seymur Teymur oğlu Azərbaycan Ordusunun çavuşu olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Qərbinfo.az-a bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.