XƏBƏR, DÜNYA
1-11-2022, 16:00

Ərdoğan, Putin və Zelenski "taxıl sazişi"ni müzakirə edəcək

Ərdoğan, Putin və Zelenski "taxıl sazişi"ni müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə "taxıl sazişi"nin icrasını müzakirə edəcək.

Qərbinfo.az məlumatına görə, bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

"Taxıl nəqlinin davam etdirilməsi üçün problemləri həll etmək lazımdır. Rusiya taxıl və gübrəsinin qarşısındakı maneə də qaldırılmalıdır. Bununla bağlı prezidentimizin Putin və Zelenski ilə danışıqları olacaq", - deyə M.Çavuşoğlu bildirib.

Nazir əlavə edib ki, Türkiyə BMT ilə birgə bu prosesi yaxından izləyir.

Xatırladaq ki, Rusiya XİN həftəsonu Qara dənizdə təhlükəsizlik məsələlərini əsas gətirərək sazişin icrasını dayandırdığını elan etmişdi.

"Taxıl sazişi" bu ilin avqustunda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında əldə olunmuşdu.






Son Xəbər