XƏBƏR, İQTİSADİYYAT
1-11-2022, 11:52

Bir neçə ölkənin quşçuluq məhsullarının Azərbaycandan tranzitinə məhdudiyyət qoyulub

Bir neçə ölkənin quşçuluq məhsullarının Azərbaycandan tranzitinə məhdudiyyət qoyulub

Bir neçə ölkədən quş və quşçuluq məhsullarının Azərbaycan ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Bu barədə Qərbinfo.az “Report”a istinadən xəbər verir.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Norveç Krallığının Roqaland inzibati ərazi vahidində, İngiltərənin Qərbi Midland regionunda, Uelsin Anqlesey adasında, Amerika Birləşmiş Ştatlarının Nevada və Florida ştatlarında, Belçika Krallığının Flandriya əyalətində, İtaliya Respublikasının isə Emiliya-Romaniya və Lombardiya regionlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə qeyd olunan ərazilərdən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Norveç Krallığının Roqaland inzibati ərazi vahidindən, İngiltərənin Qərbi Midland regionundan, Uelsin Anqlesey adasından, Amerika Birləşmiş Ştatlarının Nevada və Florida ştatlarından, Belçika Krallığının Flandriya əyalətindən, İtaliyanın isə Emiliya-Romaniya və Lombardiya regionlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.






Son Xəbər