XƏBƏR, SİYASƏT
1-11-2022, 09:30

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üçün ilkin şərtlər müəyyən edilib - Putin

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üçün ilkin şərtlər müəyyən edilib - Putin

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyasına dair ilkin şərtlər müəyyən edilib.

Qərbinfo.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Rusiya Prezidenti Vladimir Putin deyib.

V.Putin deyib ki, Rusiya Federasiyası Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası məsələsinin həlli üçün Sovet Baş Qərargahının ən dəqiq xəritələrini təqdim etməyə hazırdır.

"Sülhməramlılara gəlincə, bu, münaqişəyə son qoyulan 2020-ci ilin noyabrında birgə bəyanatımızda qeyd olunub. Bura əlavə etmək üçün heç nə yoxdur. Biz bu haqda danışdıq. Amma bunun üçün bizim birgə razılaşmamız lazımdır", - deyə V.Putin bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının mandatının uzadılması qərarı digər məsələlərdən - sülh müqaviləsinin mümkün bağlanmasından və Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyasından asılıdır:

"Əgər bu məsələlər həll olunarsa, o zaman sülhməramlılar ilə bağlı sual başqa cür duracaq".






Son Xəbər