XƏBƏR, MƏDƏNİYYƏT
30-09-2022, 09:15

Müğənni Rəhim Rəhimli vəfat edib

Müğənni Rəhim Rəhimli vəfat edib
Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib.
Qərbinfo.az xəbər verir ki, bu barədə Xalq artisti Faiq Ağayev "facebook" hesabında yazıb. F.Ağayev R.Rəhimlinin ölüm səbəbini açıqlamayıb.

Qeyd edək ki, R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" telekanalının direktoru işləyib.

O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. İlkin məlumata görə, 43 yaşlı musiqiçi ürəktutmadan vəfat edib.






Son Xəbər