XƏBƏR
23-09-2022, 16:26

Altıağac Milli Parkında yanğın başlayıb

Altıağac Milli Parkında yanğın başlayıb

Xızı rayonu, Əngilan kəndinin biçənək sahəsindən başlayan yanğın sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda ETSN-in yerli qurumları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Havanın küləkli olması və relyefin mürəkkəbliyi yanğınla mübarizə işlərini çətinləşdirsə də, hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.






Son Xəbər