XƏBƏR, SİYASƏT
23-09-2022, 15:32

Azərbaycanla İsrail arasında hava əlaqəsi ilə bağlı yeni saziş təsdiq ediləcək

Azərbaycanla İsrail arasında hava əlaqəsi ilə bağlı yeni saziş təsdiq ediləcək

Azərbaycanla İsrail arasında hava əlaqəsi ilə bağlı yeni saziş təsdiq ediləcək.

Qərbinfo.az-ın məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Deputatlar yeni sazişin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

Müzakirələrdən sonra sənəd plenar iclasa tövsiyə edilib.






Son Xəbər