XƏBƏR, SİYASƏT
23-09-2022, 15:05

Ceyhun Bayramov iranlı həmkarını Ermənistanın təxribatları barədə məlumatlandırdı

Ceyhun Bayramov iranlı həmkarını Ermənistanın təxribatları barədə məlumatlandırdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşüb.

Qərbinfo.az-ın məlumatına əsasən, bu barədə Ceyhun Bayramov özünün “Twitter” səhifəsində bildirib.

Nazir qeyd edib ki, İranın XİN başçısı ilə ikitərəfli əlaqələrdə və regionda son vəziyyəti müzakirə edib.

“Mən həmkarıma Ermənistanın son təxribatları barədə məlumat verdim”, - deyə o əlavə edib.






Son Xəbər