XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
22-09-2022, 15:57

Rayon rəhbərliyi erməni təxribatları nəticəsində yaralanan hərbiçilərimizin ailələrini ziyarət ediblər - FOTOLAR

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və RİH əməkdaşları sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatları zamanı yaralanan hərbiçilərimizin ailələrini ziyarət ediblər.

İcra başçısı hərbiçilərimizin ailələrini ziyarət edərək onların yaxınları ilə söhbət edib, gündəlik qayğı və problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərin qısa müddət ərzində həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Yaralı hərbiçilərimizin ailələri ilə söhbətdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədən, döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığından danışılıb.

Eyni zamanda bildirilib ki, Şəmkir rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatının artırılması istiqamətində tədbirlər davam etdirilir.

Yaralı hərbiçilərimizin ailə üzvləri də qəhrəman övladlarının keçdiyi şərəfli döyüş yolundan söz açıb, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Son Xəbər