XƏBƏR, SİYASƏT
22-09-2022, 15:28

Azərbaycan jurnalistlərinin Laçına səfəri başlayıb - FOTO

Azərbaycan jurnalistlərinin Laçına səfəri başlayıb - FOTO

Azərbaycan kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinin Laçın rayonuna səfəri başlayıb.

Qərbinfo.az-ın məlumatına görə, mediatur iştirakçıları öncə Prezident İlham Əliyevin ötən gün baş çəkdiyi və inşası ilə maraqlandığı Laçın Beynəlxalq Hava Limanının iki hissədən ibarət giriş tunelində olublar. Bu tunel yolun 32-ci km-də yerləşir və sayca yeddincidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Qarabağdakı layihələr üzrə mühəndisi Əyyub Hüseynov bildirib ki, uzunluğu 2,4 km olacaq tunelin 350-400 metrlik hissəsi artıq hazırdır:

“Tunel iki hissədən - iki gediş və iki gəliş yolundan ibarətdir. Hər tunelin hündürlüyü səkkiz metr, nəqliyyat vasitələrinin hərəkəti üçün icazə verilən hündürlüyü isə 5,5 metrdir. Tunellərin eni 12 metr olsa da, burada hərəkət hissəsi səkkiz metrdir. Tunellər bir-birindən 18 metr aralıda yerləşir”.

Ə.Hüseynovun sözlərinə görə, Kəlbəcər-Laçın avtomobil yolu üzərində ümumilikdə 12 tunel, 26 körpü olacaq ki, bu da mövcud 109 km-lik yolun 33 km qısalaraq 76,3 km-ə düşməsinə imkan yaradacaq.
Azərbaycan jurnalistlərinin Laçına səfəri başlayıb - FOTO
Azərbaycan jurnalistlərinin Laçına səfəri başlayıb - FOTO
Azərbaycan jurnalistlərinin Laçına səfəri başlayıb - FOTO







Son Xəbər