XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
22-09-2022, 13:24

Prezident İlham Əliyev Zabux kənd tam orta məktəbinin əsaslı təmir və bərpa olunması ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Zabux kənd tam orta məktəbinin əsaslı təmir və bərpa olunması ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Qərbinfo.az xəbər verir ki, sərəncama əsasən, Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının

Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılıb.






Son Xəbər