XƏBƏR, MARAQLI
20-09-2022, 14:28

Qətərli bloqerlərin ölkəmizə səfəri təşkil edilib - FOTO

Qətərli bloqerlərin ölkəmizə səfəri təşkil edilib - FOTO

Ölkəmizin Qətərdəki Səfirliyi 2022-ci il sentyabr ayında qətərli bloqerlərin daxil olduğu nümayəndə heyətinin Azərbaycana səfərini təşkil edib.

Nümayəndə heyətinin tərkibinə Qətərin tanınmış bloqeri Mohammed Nasser Al Hajri, tanınmış fotoqraf Aref Ahussain, “Şəbəkət-əhl-Qatar” bloqunun sahibi Aişə Əl Mənnai və digərləri daxil olublar.

Səfərin təşkilində əsas məqsəd qətərli bloqerlərin ölkəmizlə yaxından tanışlığının təmini, Azərbaycanla bağlı həqiqətlərin Qətər ictimaiyyətinə çatdırılması olub.

Səfər zamanı qətərli bloqerlər işğaldan azad olmuş Zəngilan, Füzuli, Ağdam rayonlarında olub və ermənilər tərəfindən dağıdılmış şəhər və qəsəbələrdəki vəziyyətlə tanış olublar. Onlar Füzuli aeroportu və Zəngilandakı “Ağıllı kənd”lə də tanış olublar.

Bloqerlər həmçinin Gəncə şəhərində olub və 44 günlük Vətən müharibəsi zamanı ermənilər tərəfindən raket atəşinə məruz qalmış yerləri ziyarət ediblər.

Qətərli bloqerlər səfər boyu ölkəmiz barədə özlərinə aid 100 minlərlə izləyicisi olan sosial şəbəkələrdə ətraflı məlumat, foto və video materiallar yerləşdiriblər.

Son Xəbər