XƏBƏR, HADİSƏ
5-09-2022, 11:28

Şəmkir sakini narkotiklə saxlanılıb

Şəmkir sakini narkotiklə saxlanılıb

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Valeh Cəfərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Qərbinfo.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “marixuana” aşkar edilib.

Saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evdə də narkotik vasitə olması aşkarlanıb. Ünvana baxış zamanı oradan 2 kq-dan çox narkotik vasitə olan “marixuana” aşkarlanıb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.






Son Xəbər