XƏBƏR, HADİSƏ
2-09-2022, 16:56

İsmayıllıda dağlıq ərazidə meşə yanır

İsmayıllıda dağlıq ərazidə meşə yanır

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hazırda ölkə ərazisində mövcud meşə yanğınları ilə mübarizə tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Qərbinfo.az-a verilən məlumata görə, Astara rayonunun Şəvqo kəndi yaxınlığında baş vermiş yanğın Nazirliyin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb. Yanğın nəticəsində təxminən 2 hektar sahədə kol-kos və qurumuş ağaclar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Bundan əlavə, Zaqatala rayonunun Yuxarı Tala kəndi, Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Başdaşağıl kəndi istiqamətində baş vermiş yanğınlarla mübarizə tədbirləri davam etdirilir. Yanğınların söndürülməsi əməliyyatında ümumilikdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər iştirak edir.

Həmçinin, İsmayıllı rayonunun Bəhliyan kəndi yaxınlığında baş vermiş yanğınla mübarizə tədbirləri FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən davam etdirilir.

Qeyd edək ki, bütün göstərilən yanğınlar mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə baş verib.






Son Xəbər