XƏBƏR, HADİSƏ
1-09-2022, 11:55

Qubada yanğınla əlaqədar bir nəfər məsuliyyətə cəlb edilib

Qubada yanğınla əlaqədar bir nəfər məsuliyyətə cəlb edilib

Qubada baş verən yanğınla əlaqədar bir nəfər məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Qərbinfo.az-a verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı hadisənin məsuliyyətsizlikdən və ehtiyatsızlıqdan baş verdiyi müəyyən edilib.

Belə ki, rayon sakini Səxavət Mikayılov ona məxsus həyətyanı sahəsində təmizlik işləri apararkən quru otlaq sahəsini yandırıb və nəticədə alov yayılaraq 5 sot quru otlaq sahə və kol-kos yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Quba RPŞ-nin və YMX-nin əməkdaşları cəlb olunub.

Polis əməkdaşları tərəfindən S.Mikayılovun barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci (Əkin yerinin yandırılmasına görə) maddəsinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilib.






Son Xəbər