XƏBƏR, MARAQLI
29-08-2022, 14:55

İlk addım atıldı: 50 illik fasilədən sonra insanlar yenidən Aya ayaq basacaqlar - FOTO

Amerika Kosmik Agentliyi (NASA) “Artemida” layihəsinin bir hissəsi olaraq yeni Ay raketini buraxıb.

Bu, NASA tərəfindən indiyə qədər yaradılmış ən güclü cihazdır. Raket 50 illik fasilədən sonra insanları Ayın səthinə qaytarmağı hədəfləyir.

Yeni “SLS-Orion” kosmik gəmisi Ay ətrafında altı həftəlik sınaq uçuşu həyata keçirərək Yerə qayıdacaq.

Missiya uğurla başa çatdıqdan sonra 2024-cü ildə “Artemis 2” missiyası reallaşacaq. Bu zaman insanlarla birlikdə uçuşa cəhd ediləcək, lakin bu uçuşda astronavtlar Ay səthinə enməyəcəklər.

2025-ci ildə isə “Artemis 3” missiyası başlayacaq və insanlar yenidən Aya ayaq basacaqlar.

NASA “Artemis” proqramı ilə 1960-70-ci illərdə həyata keçirdiyi “Apollon” layihəsi ilə əldə etdiyi uğuru təkrarlamağı hədəfləyir.

Son Xəbər