XƏBƏR, HADİSƏ
5-03-2022, 11:23

Rəşad Tağıyev "Azərşəkər" MMC-də görülən işlərlə tanış olub, təsərrüfatlara baş çəkib-FOTOLAR

Son illərdə ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, ölkənin aqrar potensialının təbliği istiqamətində mühüm uğurlar əldə edilib.

Aqrar islahatların müasir mərhələsi ilə bağlı Prezident cənab İlham Əliyev tərəfindən qəbul olunmuş qərarlar, ölkədə bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsinə təkan verib.
Ölkəmizdə aqrar sahənin inkişafı kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərib. Bu sektorun ixrac potensialı yüksəlib, kənd təsərrüfatı məhsullarının ölkənin valyuta gəlirlərinin formalaşmasında rolu artıb.

Qərbinfo.az xəbər verir ki, Şəmkir də ölkəmizin ən böyük kənd təsrrüfatı rayonlarından biridir.

Rayonda kənd təsərrüfatının inkişafı üçün kompleks tədbirlər həyata keçirilir, fermerlərə dəstək göstərilir, mütamadi olaraq onların təklifləri dinlənilir, problemlərinin aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

Şəmkir rayonunda kənd təsərrüfatının inkişafında xüsusi rolu olan təşkilatlardan biri də "Azərşəkər" MMC-dir.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev "Azərşəkər" MMC-nin Ceyrançöl ərazisində olan təsərrüfatında yaradılmış şərait və fəaliyyət istiqamətləri ilə tanış olub.

"Azərşəkər" MMC-nin Şəmkir təsərrüfatının rəhbəri Anar Oruclu icra başçısına məlumat verərək bildirib ki, hazırda təsərrüfatda 6.1 km elektrik xətti çəkilib, 16 min kVt-luq yarımstansiya tikilib, 40 kVt-luq və 3 ədəd 1000 kVt-luq transformatorlar quraşdırılmışdır. Eyni zamanda 15.3 km uzunluğunda su xətti çəkilmiş, müvafiq olaraq 65, 250, 500 min kubmetrlik su tutarları tikilmişdir. "Azərşəkər" MMC-nin tərkibində olan təsərrüfatda 671 hektar sahədə pivot quraşdırılmışdır.

Anar Oruclu qeyd edib ki, 2021-ci ildə təsərrüfatlardan 153 hektar ərazidən 856.8 ton buğda, 356 hektar ərazidən 1687.2 ton arpa, 62.65 hektar ərazidən isə 99.21 ton soya məhsulu yığılmışdır. Eyni zamanda 51.35 hektar ərazidən 459.38 ton qarğıdalı, 201.7 hektar ərazidən isə 18202.1 ton çuğundur toplanmışdır.

İcra başçısına məlumat verilib ki, 2022-ci il üçün 130.6 hektar əraziyə buğda, 165.7 hektar əraziyə isə arpa əkilmişdir: “Əkilmiş ərazilərdə laboratoriyamızın mütəxəssisləri tərəfindən monitorinq keçirilib. Monitorinq hal-hazırki inkişafı mərhələsində olan buğda və arpa bitkilərində təhlükəli ola biləcək xəstəliklərin aşkarlanması məqsədilə keçirilib. Bəzi sahələrimizdə taxıllar hələ cücərmə mərhələsindədir, bəzi sahələrimizdə isə kollanma mərhələsi artıq başlayıb. Məlumat üçün bildirək ki, əvvəlki əkin mövsümündə tətbiq edilən ən son texnologiya, yeni yanaşma sayəsində yüksək məhsuldarlıq əldə edilib. Belə ki, arpa sahələrində orta məhsuldarlıq 6 ton, buğda sahələrində isə 5,6 ton olub”.

"Azərşəkər" MMC-nin Şəmkir təsərrüfatının rəhbəri Anar Oruclu şirkətin gələcək planları haqqında da danışıb: “Hədəfimiz dünyada mövcud qabaqcıl texnologiyanı uğurla tətbiq edərək, yüksək effektivli idarəetməyə malik aqroholdinq kimi fəaliyyət göstərməkdir. Azərşəkər olaraq anlayırıq ki, bu yolla ölkəmizin iqtisadi inkişafının dayanıqlığına, iqtisadi müstəqilliyinə töhfə vermiş olacağıq”.

Son Xəbər