XƏBƏR, SİYASƏT
27-05-2017, 16:49

Azərbaycan prezidenti efiopiyalı həmkarını təbrik edib

Azərbaycan prezidenti efiopiyalı həmkarını təbrik edib Azərbaycan prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının prezidenti Mulatu Teşomeni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Qərbinfo.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Efiopiya xalqına sülh və tərəqqi diləyirəm”.






Son Xəbər