XƏBƏR, HADİSƏ
18-02-2022, 17:31

Prokurorluq AAYDA əməkdaşlarının minaya düşməsilə bağlı araşdırmalara başladı

Prokurorluq AAYDA əməkdaşlarının minaya düşməsilə bağlı araşdırmalara başladı

Tərtər rayon prokurorluğu rayonun Çaylı kəndi ərazisində iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan verilən məlumata görə, kənd ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qərbinfo.az






Son Xəbər