XƏBƏR, SİYASƏT
27-05-2017, 09:43

İyunda İlham Əliyevlə Putinin görüşü gözlənilir

İyunda İlham Əliyevlə Putinin görüşü gözlənilirBu il Rusiya və Azərbaycan prezidentlərinin bir neçə görüşü olacaq.

Qərbinfo.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.

Onun sözlərinə görə, iki ölkə rəhbəri olduqca tez-tez görüşür:

“Ən yaxın görüşün Şanxay Əməkdaşlıq Sammiti çərçivəsində iyunun 8-9-da Astanada keçiriləcəyi gözlənilir”.

Rusiya XİN başçısının müavini hər iki dövlət başçısının Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştiraklarını təsdiqlədiklərini söyləyib:

“Ona görə də onların söhbət etmək üçün gözəl imkanı var. Bilirəm ki, Vladimir Vladimiroviç və İlham Heydər oğlu bu təmasları çox qiymətləndirirlər. Nə vaxt ki, iki prezident razılaşır, qalan dövlət strukturları və hətta ictimai strukturlar bu müsbət tona uyğunlaşırlar, bunu münasibətlərin gələcək inkişafı üçün siqnal kimi qəbul edirlər”.






Son Xəbər