XƏBƏR, SİYASƏT
13-01-2022, 18:31

Kəlbəcərdə ağır itkilərlə üzləşən ermənilər etiraza qalxdılar

Kəlbəcərdə ağır itkilərlə üzləşən ermənilər etiraza qalxdılar

Ermənistan siyasi hakimiyyətinin göstərişi ilə bu ölkənin hərbi-siyasi rəhbərliyi yanvarın 11-12-də Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində növbəti təxribatlara əl atdı.

Ordumuzun həyata keçirdiyi cavab həmlələri nəticəsində düşmən böyük itkilər verərək susduruldu.

Ermənilər Kəlbəcərdəki təxribatın cəzasını ağır ödədi. İki post dağıdıldı, düşmənin səkkiz canlı qüvvəsi məhv edildi.

Bunun nəticəsi olaraq bu gün bir qrup erməni paytaxt İrəvanda etiraz aksiyası keçirib.

Onlar baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökuməti sərhəddə təhlükəsizliyi təmin edə bilməməkdə ittiham ediblər və son təxribatlara etirazlarını bildiriblər.

Aksiya iştirakçıları, xüsusən 18-20 yaşlı əsgərlərin heç bir hazırlıq keçmədən sərhədə göndərilməsinin yolverilməz olduğunu bildiriblər.






Son Xəbər