XƏBƏR, SOSİAL
13-01-2022, 09:40

Şəmkirin məktəblərdə nizam-intizama dair reydlər davam etdirilir - Cəzalandırılanlar var

Şəmkirin məktəblərdə nizam-intizama dair reydlər davam etdirilir - Cəzalandırılanlar var

Şəmkir rayon Təhsil Şöbəsinin tapşırığına əsasən mütəmadi olaraq təhsil şöbəsi tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində müəllimlər arasında əmək intizamının, müəllim və şagirdlərin davamiyyətinin, eyni zamanda keçirilən dərslərin keyfiyyətinin yoxlanılması ilə əlaqədar olaraq qabaqcadan xəbərdarlıq edilmədən məktəblərdə yoxlamalar davam edir.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə Şəmkir Rayon Təhsil Şöbəsinin rəsmi "Facebook" səhifəsində məlumat yer alıb.

Bununla əlaqədar olaraq 12.01.2022-ci il tarixdə Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev, aparıcı məsləhətçi Aslanov Fuad Uşaq Gənclər İdman Şahmat məktəbində yoxlanışda olarkən, məktəbin antisanitar vəziyyətdə olması, Əmək funksiyasını qismən yerinə yetirmədiklərinə, əmək müqaviləsində müəyyən olunmuş vəzifələrini və məktəbdaxili intizam qaydalarını pozduqlarına görə Uşaq Gənclər İdman Şahmat məktəbin dərs hissə müdiri Məmmədov İsmət Qurban oğlu və məktəbin təsərrüfat işləri üzrə direktor müavini Rzayev Ramin Fərmayıl oğluna töhmət verilmişdir.

Sonda Qüdrət Əliyev kollektivlə görüşüb, onlara sonuncu ciddi xəbərdarlıq edərək, göstərilən nöqsanların aradan qaldırılması ilə bağlı vaxt verilmişdir.






Son Xəbər