XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
13-01-2022, 09:00

Rəşad Tağıyev qəhrəman şəhidlərimizin medallarını ailələrinə təqdim edib - FOTOLAR

Şəmkir Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmki rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident Cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş şəmkirli igidlərin ailələrinə medalların təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmki rayon şöbəsinin rəisi Anar Hüseynov və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qərbinfo.az-ın məlumatına görə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tədbiri giriş sözü ilə açaraq, 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.

İcra başçısı bildirib ki, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu İlham Əliyevin komandanlığı ilə işğalçı Ermənistanı döyüş meydanında darmadağın etdi: "Bu müharibədə xalqımızın qəhrəman oğulları arasında Şəmkirin vətəpərvər övladları da igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı. Bu Zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur".

Şəhid ailələrinin gündəlik qayğı və probelemləri ilə maraqlanan icra başçısı bildirib ki, bu gün bütün şəhid ailələrinə hərtərəfli dəstək göstərilir və bundan sonra da göstəriləcək: “Bu sahədə ölkə rəhbərliyinin müvafiq tapşırıq və göstərişləri rayonumuzda da ardıcıl şəkildə icra olunur”.

Sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə təltif olunmuş şəhidlərin medalları ailə üzvlərinə təqdim olundu.
Şəhid ailələri onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Son Xəbər