XƏBƏR, SİYASƏT
12-01-2022, 10:50

Ermənilərin Kəlbəcərdəki təxribatı ilə bağlı cinayət işi başlandı

Ermənilərin Kəlbəcərdəki təxribatı ilə bağlı cinayət işi başlandı

Ermənilərin Kəlbəcər ərazisində törətdiyi təxribatla bağlı cinayət işi başlanıb.

Qərbinfo.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərovun Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olması faktı ilə bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə istintaq davam edir.






Son Xəbər