XƏBƏR, SOSİAL
12-01-2022, 09:33

Şəmkirdə məktəb direktoru və müavinlərinə xəbərdarlıq edildi

Şəmkirdə məktəb direktoru və müavinlərinə xəbərdarlıq edildi

Şəmkir rayon Təhsil Şöbəsinin tapşırığına əsasən mütəmadi olaraq təhsil şöbəsi tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində müəlimlər arasında əmək intizamının, şagirdlərin davamiyyətinin, eyni zamanda keçirilən dərslərin keyfiyyətinin və dərslərdə direktor və müavinlərin dərs dinləmələrinin yoxlanılması ilə əlaqədar olaraq qabaqcadan xəbərdarlıq edilmədən məktəblərdə yoxlamalar davam etdirilir.

Qərbinfo.az xəbər verir ki, bu barədə Şəmkir rayon Təhsil Şöbəsinin rəsmi "facebook" səhifəsində məlumat verirlib.

Məlumatda bildirilir ki, 11.01.2022-ci il tarixdə Rayon Təhsil Şöbəsinin rəhbəri Qüdrət Əliyev, aparıcı məsləhətçi Azər Əliyev, xarici dillər üzrə metodist Sadıqova Nüşabə Yeni-Həyat kənd tam orta məktəbində olarkən, məktəb direktorunun iş saatında işdə olmaması,məktəbin həyətinin antisanitar vəziyyətdə olması, eyni zamanda məktəbin daxilində kənar şəxslərin olması və dərs saatını icra edəcək müəllim əvəzinə başqa sahənin fənn müəlliminin icra etiyi aşkar olunub.

Məktəbdə işin düzgün qurulmaması, direktor və müavinlərin öz funksiya səlahiyyətlərini düzgün icra etmədiklərinə görə Yeni-Həyat kənd tam orta məktəbin direktoru Məmmədova Qətibə Cahangir qızına töhmət, müavinlərə isə ciddi xəbərdarlıq edilmişdir.

Sonda məktəbin kollektivi ilə görüşülmüş, onlara hal-hazırdakı nöqsanların aradan qaldırılması ilə bağlı ciddi xəbərdarlıq edilmişdir.
Şəmkirdə məktəb direktoru və müavinlərinə xəbərdarlıq edildi
Şəmkirdə məktəb direktoru və müavinlərinə xəbərdarlıq edildi
Şəmkirdə məktəb direktoru və müavinlərinə xəbərdarlıq edildi






Son Xəbər