XƏBƏR, SİYASƏT
5-01-2022, 09:44

Qazaxıstan prezidenti hökumətin istefasını qəbul edib

Qazaxıstan prezidenti hökumətin istefasını qəbul edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətinin istefasını qəbul edib.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildiriblər.

"Qazaxıstan Respublikası Hökumətinin istefası qəbul edilsin. Qazaxıstan Respublikasının Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilsin", - deyə dövlət başçısının fərmanında deyil.

Qeyd edilir ki, hökumət üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

"Bu Fərman imzalandığı gündən qüvvəyə minir", - deyə qeyd edilir.






Son Xəbər