XƏBƏR, SOSİAL
28-12-2021, 10:18

Rəqəmsal “prokuror” hazırlanıb

Rəqəmsal “prokuror” hazırlanıb

Çin alimləri işin şifahi təsvirinə əsaslanaraq, 97 faiz dəqiqliklə ittiham irəli sürə bilən süni intellekt hazırlayıblar.

Yeni texnologiya artıq Şanxaydakı Pudun Rayon Xalq Prokurorluğunda sınaqdan keçirilib. Alimlər əmindirlər ki, bu vasitə ilə prokurorların gündəlik yükü azalacaq, onların diqqətinin daha mürəkkəb işlərə yönəlməsi üçün imkan yaranacaq. Onların fikrincə, sistem müəyyən dərəcədə qərarların qəbulu prosesində prokurorları əvəz edə bilər.

Süni intellekt 2015-ci ildən 2020-ci ilə qədər baxılmış 17 mindən çox iş əsasında “təlimlənib”.

Rəqəmsal “prokuror”un iddianaməsi işin təsvirinin təhlili zamanı onun sisteminin tanıdığı min bir xüsusiyyətə əsaslanır.

Artıq süni intellekt Şanxayda ən çox görülən səkkiz cinayətə görə ittiham irəli sürə bilər. Bu siyahıya kredit kartı ilə fırıldaqçılıq, mərc oyunları təşkilatçılığı, ehtiyatsız sürücülük, qəsdən xəsarət yetirmə, vəzifə borcunu yerinə yetirməyə mane olma, oğurluq, fırıldaqçılıq və “ixtilaflara səbəb olma və problem yaratma” daxildir.

Alimlərin fikrincə, gələcəkdə rəqəmsal “prokuror” daha az yayılmış maddələr üzrə ittiham irəli sürə biləcək.

Mənbə: South China Morning Post






Son Xəbər