XƏBƏR, MANŞET-SLAYDER, İQTİSADİYYAT
23-12-2021, 11:31

Şəmkirdə sahibkarların təbii qazla bağlı müraciətləri dinlənilib

Şəmkirdə sahibkarların təbii qazla bağlı müraciətləri dinlənilib

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin təşəbbüsü ilə "Azəriqaz" İstehsalat Birliyinin Baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri, Şəmkir rayonunda fəaliyyət göstərən sahibkarlar və təbii qaz problemi olan sakinlərin iştirakı ilə görüş təşkil edilib.

Qərbinfo.az bu barədə xəbər verir .

Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxış edərək, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlıq fəaliyyətinin, xüsusilə innovativ sahibkarlığın inkişafının daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb.

"Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri isə çıxışlarında bildiriblər ki, Birlik tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə belə görüşlər mütəmadi olaraq təşkil olunur, onların müraciətləri dinlənilir.

Tədbirdə istilikxana ilə məşğul olan yerli sahibkarların, sakinlərin təklif və problemləri dinlənilib. Bəzi müraciətlər yerində aydınlaşdırılıb və müvafiq qərarlar verilib, bəziləri isə "Azəriqaz" İstehsalat Birliyinin rəhbər heyəti tərəfindən nəzarətə götürülüb.

Birliyin satış üzrə müavini Rəşad Cavadov daxil olan bütün müraciətlərin Birliyin baş direktoruna təqdim olunacağını bildirib.

Son Xəbər