XƏBƏR, MƏDƏNİYYƏT
21-12-2021, 12:18

Azad edilmiş ərazilərdə mədəniyyətimizin bərpası davam etdirilir - Anar Kərimov

Azad edilmiş ərazilərdə mədəniyyətimizin bərpası davam etdirilir - Anar Kərimov

İşğaldan azad edilmiş ərazilərimizdə mədəniyyətimizin bərpası missiyası uğurla davam etdirilir.

Qərbinfo.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.

A.Kərimov qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra Prezident İlham Əliyevin verdiyi ilk qərarlardan biri Şuşanın mədəniyyət payaxtı elan edilməsi idi:

“Bu özlüyündə çox böyük mesaj idi ki, Azərbaycan Qarabağa öz mədəniyyəti ilə qayıdır. Azərbaycan Qarabağa təkcə enerji, iqtisadi layihələrlə deyil, eyni zamanda "yumşaq güc"lə qayıdıb”, - deyə A.Kərimov bildirib.

O qeyd edib ki, Vətən müharibəsində qələbədən sonra Azərbaycan yeni mərhələyə qədəm qoyub:

“Mədəniyyətimizi müstəqilliyimizin bir təzahürü kimi inkişaf etdirməliyik. Mədəniyyətin iqtisadi inkişafa töhfəsi gücləndirilməlidir”, - deyə nazir bildirb.






Son Xəbər