XƏBƏR, İQTİSADİYYAT
26-05-2017, 13:22

OPEC neftin müvafiq qiymətini açıqladı

OPEC neftin müvafiq qiymətini açıqladı Ekvadorun neft naziri Karlos Peres neftin OPEC üçün müvafiq qiymətinin bir barel üçün 55-60 dollar olduğunu bildirib.

Qərbinfo.az-ın bu barədə TASS-a istinadən xəbər verir.

“Bu, bir barel üçün 55-60 dollar həcmindədir”, - nazir müvafiq suala cavab verərkən bildirib.

O əlavə edib ki, ölkələr ABŞ-da neft hasilatının qiymətə təsirini müzakirə ediblər.

Daha öncə Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Cerri Rays neft hasilatının azaldılmasına dair sazişin uzadılmasının neftin dünya bazarındakı qiymətlərinə müsbət təsiri ABŞ-da xammalın hasilatının artımına görə məhdudlaşacağını bildirmişdi.






Son Xəbər