XƏBƏR, SOSİAL
3-12-2021, 14:47

Sabah ilin sonuncu Günəş tutulması baş verəcək

Sabah ilin sonuncu Günəş tutulması baş verəcək

Sabah ilin sonuncu Günəş tutulması baş verəcək.

Qərbinfo.az-ın məlumatına görə, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu tutulma tam Günəş tutulmasıdır.

Tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, Tam tutulma isə Antarktida müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.






Son Xəbər