XƏBƏR, SOSİAL
3-12-2021, 10:31

"Omikron" ştammının ilk dəfə aşkarlandığı Cənubi Afrikada koronavirusa yoluxma üç dəfədəyək artıb

"Omikron" ştammının ilk dəfə aşkarlandığı Cənubi Afrikada koronavirusa yoluxma üç dəfədəyək artıb

Cümə axşamı açıqlanan son rəqəmlərə görə, Cənubi Afrikada sutka ərzində yoluxma sayı üç gündə demək olar ki, üç dəfə arıb və bu yaxınlarda ölkədə aşkar edilən yeni omikron variantının mümkün yayılması ilə bağlı ola biləcəyi bildirilir.

Qərbinfo.az xəbər verir ki, rəsmi statistikaya görə, sutka ərzində ölkədə yoluxanların sayı 11 535 nəfərə çatıb, halbuki dekabrın 1-də 8 561, noyabrın 30-da isə 4 373 yoluxma halı qeydə alınmışdır.

CAR Milli Yoluxucu Xəstəliklər İnstitutu bildirib ki, test vermiş insanlarda pozitiv cavabların nisbəti 22,4 faiz təşkil edib. Noyabrın əvvəlində bu göstərici 1 faizə bərabər idi.

Mütəxəssislər qeyd edir ki, bu ölkədə indiyədək müşahidə olunmuş ən böyük templə yayılan ştammdır. Hazırki göstəricilər daha əvvəl qeydə alınan "delta" ştammıyla bağlı rəqəmləri üstələyib.






Son Xəbər