XƏBƏR, SOSİAL
25-11-2021, 16:53

"BP" Xidmət Mərkəzində könüllülük fəaliyyəti gələcək iş karyeramda çox böyük töhfədir

"BP" Xidmət Mərkəzində könüllülük fəaliyyəti gələcək iş karyeramda çox böyük töhfədir

"Şəmkir Rayon İcra Hakimiyyətinin "Bir pəncərə" Xidmət Mərkəzində könüllülük fəaliyyətinə cəlb olunmağım gələcək iş karyeramda mənim üçün çox böyük töhfədir."

Bu fikirləri Şəmkir Rayon İcra Hakimiyyətinin "Bir pəncərə" Xidmət Mərkəzinin könüllüsü Gülbəsti Verdiyeva Qərbinfo.az-a bildirib.

Gənc könüllü Xidmət Mərkəzində göstərdiyi fəaliyyət barədə danışarkən vurğulayıb ki, ölkə rəhbərimizin həyata keçirdiyi uğurlu sosialyönümlü siyasətin ən əsas hədəflərindən biri olan vətəndaş məmnunluğuna nail olunması prinsipi ilə təşkil olunmuş xidmət prosesində təcrübə qazanmaq gənclər üçün olduqca əhəmiyyətlidir.

Könüllü gəncimiz Azərbaycan gəncliyinə belə bir əlverişli imkanın yaradılmasına görə Dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Verdiyeva Gülbəsti İmamverdi qızı Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakultəsini bitirib. O, siyasətlə maraqlanır.






Son Xəbər