XƏBƏR, İDMAN
5-11-2021, 11:56

Şəmkirdə “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş futbol üzrə rayon turniri keçirilib- FOTOLAR

Şəmkirdə “8 noyabr-Zəfər Günü”nə həsr olunmuş futbol üzrə rayon turniri keçirilib- FOTOLAR

03 noyabr 2021-ci il tarixdə Şəmkir şəhər “İdeal Arenada” Şəmkir rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “8 noyabr Zəfər Günü”nə həsr olunmuş futbol üzrə Şəmkir rayon Birincliyi keçirilib.

Yarışın rəsmi hissəsində Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov, UGİM direktoru Namiq Mahmudov, idarənin əməkdaşları və futbol həvsəkarları iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsinin ardınca, Qarabağ müharibəsində və ümumilikdə ölkəmizin ərazi bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalmış həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr tarixində düşmən təxribatına cavab olaraq başlanan əks-hücum əməliyyatı ilə, tarixə qəhrəmanlıq səlnaməsi kimi düşmüş, torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün bərpa edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin şanlı səhifəsidir.

Yarışda Şəmkir rayon Gənclər və İdman İdarəsinin Uşaq Gənclər İdman Məktəbinin futbol üzrə 2009-2010-cu illər təvüllüdlü idmançıları iştirak edib və aşağıdakı nəticələr qeydə alınıb:

1-ci yer Təzəkənd 2 komandası
2-ci yer Mahmudlu komandası
3-cü yer Şəmkir komandası

Qalib gələn komandaları təbrik edirik, növbəti yarışlarda uğurlar arzulayırıq.

Son Xəbər