XƏBƏR, İQTİSADİYYAT
25-05-2017, 17:12

Valyuta hərracında satılan məbləğ məlum oldu

Valyuta hərracında satılan məbləğ məlum oldu Bu gün Azərbaycan Mərkəzi Bankı və Neft Fondunun (SOFAZ) birgə keçirdiyi valyuta hərracında dollar 0,01 qəpik ucuzlaşaraq 1,7020 AZN/USD səviyyəsində formalaşıb.

Qərbinfo.az Fins.az-a istinadən xəbər verir ki, hərraca çıxarılan 35 milyon dollardan 83%-i və yaxud 29 milyon 60 min dolları satılıb. Başqa sözlə, 5 milyon 940 min dollar satılmayıb.

Qeyd edək ki, bundan öncəki hərracda məbləğin 2 mln. 600 min dolları satılmamışdı.
Ümumilikdə may ayı ərzində valyuta hərracında banklara 204 milyon 860 min dollar satılıb.

Hərracda formalaşan ən yüksək kurs 1,7026 AZN/USD (04.05.2017), ən aşağı kurs isə bu gün formalaşan 1,7020 AZN/USD-dir.






Son Xəbər