XƏBƏR, MANŞET-SLAYDER
22-10-2021, 16:28

Şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazdılar - Şəhid Xudayarın anası

Şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazdılar - Şəhid Xudayarın anası

Bu gün Azərbaycan Ordusunun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri Xudayar Yusifzadənin şəhid olmasından bir il ötür.

Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova oğlunun anım mərasimində Qərbinfo.az-a danışıb.

R.Qurbanova bildirib ki, Xudayarın səsi bütün şəhidlərimizin səsidir:

"Məndən soruşanda ki, bu səsin mənbəyi haradandır, deyirəm tapa bilməzsiniz. Ona görə ki, onun oxuduğu mahnıda bütün şəhidlərimizin səsi var. Şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini yenidən yazdılar. Dumanlar başında şəhidlərimiz, qazilərimiz, hərbçilərimiz torpaqlarımızı düşmən işğalından azad etdilər. Bizə belə oğullarla bundan sonra da düşmən heç nə edə bilməz. Allah bütün şəhidlərimizə rəhmət eləsin."

Qeyd edək ki, Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.






Son Xəbər