XƏBƏR, İQTİSADİYYAT
22-10-2021, 13:06

BMT Azərbaycanda biznesin inkişafı və dayanıqlılığını dəstəkləməyə hazırdır - Təşkilat rəsmisi

BMT Azərbaycanda biznesin inkişafı və dayanıqlılığını dəstəkləməyə hazırdır - Təşkilat rəsmisi

BMT Azərbaycanda biznesin inkişafı və dayanıqlılığını dəstəkləməyə hazırdır.

Qərbinfo.az-ın məlumatına görə, bunu bu gün BMT-nin Azərbaycandakı əlaqələndiricisi Vladanka Andreyeva deyib.

Onun sözlərinə görə, bununla əlaqədar imzalanacaq memorandum dayanıqlı biznesin təmin olunmasına yönələcək:

"Bu memorandum üç il müddətinə imzalanacaq və beş milli prioritet sahəni əhatə edəcək".

V.Andreyeva əlavə edib ki, BMT digər fəaliyyət sahələrində də Azərbaycanla əməkdaşlıq edəcək.






Son Xəbər