XƏBƏR
22-10-2021, 09:52

COVID-19-un yeni mutasiyası yayılmağa başlayıb, bir xəstə 9 nəfəri yoluxdura bilər

COVID-19-un yeni mutasiyası yayılmağa başlayıb, bir xəstə 9 nəfəri yoluxdura bilər

Bir sıra ölkələrdə, o cümlədən region ölkələrindən Rusiyada COVID -19 virusunun yeni mutasiyası - AY.4.2 (Delta plyus) yayılmağa başlayıb.

Ekspertlər qeyd edirlər ki, yeni ştammın "delta" ştammı ilə müqayisədə daha yoluxdurucu olduğu, bir nəfərin təxminən 9 nəfəri yoluxdura bilər.Yeni mutasiyanın həmçinin daha çox kontakta meyilli olduğunu, onun simptomlarının daha qısa zaman kəsiyində özünü büruzə verdiyini vurğulayan ekspertlər, hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olmasını, üçüncü doza vaksinasıyanın sürətləndirilməsinin zəruri olduğunu bildirib.

TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov Qərbinfo.az-a açıqlaması zamanı qeyd edib ki,yeni mutant kimi qələmə verilən AY.4.2 ştamına “Delta plyus” ştamı deyilir:

“Delta plyus” ştamının əsas xüsusiyyətləri olaraq buna ikiqat mutasiya demişdik. İkiqat mutasiya ondan ibarətdir ki, virus daha tez yayılır və orqanizmdə anticismlərə qarşı müəyyən rezisdentlik göstərir".

O həmçinin qeyd edib ki, bu ştamların yayılmasına ən çox böyük Britaniyada rast gəlinib və 6 faizi identifikasiya olunub:

“Xəstəliyin sürətlə yayılması və daha çox uşaqlarda olması, həmçinin xəstəlik simptomları, ağırlıq dərəcəsi haqqında müzakirələr aparılır və bu barədə təsdiqlənmiş elmi məlumat yoxdur.






Son Xəbər