XƏBƏR, İQTİSADİYYAT
16-10-2021, 11:44

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 15-də 86,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,55 dollar/barel çoxdur.

Bu barədə Qərbinfo.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 85,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,54 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 80,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,42 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 83,34 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,62 dollar/barel çoxdur.






Son Xəbər