XƏBƏR, SİYASƏT
15-10-2021, 14:30

Suqovuşanın azad olunması Vətən müharibəsində Böyük Qələbəni təmin etmiş önəmli uğurlardandır

Suqovuşanın azad olunması Vətən müharibəsində Böyük Qələbəni təmin etmiş önəmli uğurlardandır

Bildiyimiz kimi, oktyabr ayının 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsinin erməni işğalından azad olunmasının bir ili tamam oldu. Suqovuşanın azad olunması Vətən müharibəsində Böyük Qələbəni təmin etmiş önəmli uğurlardandır. Bu münasibətlə cənab Prezident İlham Əliyevin Tərtər rayonunun Suqovuşan qəsəbəsinə səfər etməsi və buradakı çıxışı mühüm əhəmiyyət kəsb edir. Ermənistan hakimiyyətinin cinayətkar simasını bir daha ifşa edən Ölkə Başçısı Suqovuşanın işğaldan azad olunmasının tarixi, strateji əhəmiyyətıni açıqladı.
Suqovuşan qəsəbəsinin azad edilməsinin çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurdur və əsgərlərimizin döyüş ruhunun yüksəlməsinin səbəbidir.
Suqovuşan qəsəbəsinin azad edilməsi nəticəsində Azərbaycan ordusunun çox böyük hərbi üstünlük əldə etməsini vurğulayan deputat qeyd edib ki. bu ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaradıldı. Beləki, Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi. Bu nöqteyi-nəzərdən Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərindən biri sayılır.
Suqovuşan su anbarının strateji əhəmiyyəti Suqovuşan qəsəbəsinin önəmini daha da artırır.
Suqovuşan və Sərsəng su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi. Azərbaycanın Suqovuşan su anbarını işğaldan azad etməsi ilə düşmənin enerji potensialına zərbə vurulub, Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.
Suqovuşan qəsəbəsinin işğaldan azad olunması nəticəsində Ermənistan ordusunda yaranmış mənəvi-psixoloji sarsıntını xüsusi vurğulayaraq bildirib ki, tarixi Suqovuşan qəsəbəsi uğrunda gedən döyüşlərdə düşmən canlı qüvvə və çoxsaylı hərbi texnikasını itirməklə bərabər inamını da itirmişdir.
Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, Azərbaycan ordusunun qabağında dura bilmirlər. Mənasız əməliyyatlar səbəbindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilirdi. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi. Təsadüfi deyil ki, Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanın adı erməni fərarilərin içində çəkilir. Müharibə ilə bağlı təhlillər onu bir daha göstərir ki, bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimilərdir. Ermənistanın rəhbərliyi münaqişənin bütün dövrlərində öz cinayət əməlləri ilə seçilmişdir, deyən millət vəkili xüsusilə vurğulayıb ki, Serjik Sarkisyan da həmin o cinayətkar dəstənin bir üzvüdür. İndi isə onun adı erməni fərarilərinin içərisindədir.
Artıq revanşizm yolverilməzdir. Ermənistan reallığı birmənalı olaraq qəbul etməlidir. Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü təmin etmişdir.
“Ermənistanda revanşist hisslərlə yaşayanlar bilməlidir ki, onların bütün niyyətləri boşa çıxacaq və Azərbaycanın dəmir yumruğu ilə rastlaşacaqlar. Əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan adekvat cavablar veriləcəkdir.” Prezident İlham Əliyev belə deyib.






Son Xəbər