XƏBƏR
15-10-2021, 13:25

Kiçik həcmli gəmilərin dövlət qeydiyyatına alınması və istifadə şərtləri açıqlanıb

Kiçik həcmli gəmilərin dövlət qeydiyyatına alınması və istifadə şərtləri açıqlanıb

Hər gəmi sahibi ona məxsus gəmini həmin gəmini əldə etdiyi tarixdə və ya gəmi respublikaya idxal olunarkən gömrük nəzarətindən çıxan tarixdən 10 gün müddətinə dövlət qeydiyyatına alınması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə müraciət etməlidir.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə Dövlət Xidmətinin rəis müavini, polkovnik Fəxrəddin Məmmədov deyib.

Rəis müavini bildirib ki, xilasetmə dalğıc-axtarış işləri ilə bərabər Xəzərin Azərbaycana aid hissəsində, su hövzələri və çaylarda kiçik həcmli gəmilərin təhlükəsizlik istismarına dövlət nəzarəti həyata keçirilir: "Həmçinin kiçikhəcmli gəmilərin dayanacaq bazalarının, yanalma körpülərinin, su keçidlərinin, elecə də çimərliklərin texniki baxışdan keçirilməsini təmin edilir. Kiçik həcmli gəmilərin dövlət qeydiyyatına alınması "Azərbaycan Respublikasında kiçik həcmli gəmilərin dövlət qeydiyyatı" Qaydalarına uyğun tənzimlənir".

F.Məmmədovun sözlərinə görə, gəminin qeydiyyata alınmasından əvvəl gəmiyə ilkin texniki baxış keçirilir. Texniki baxış zamanı texniki parametrləri, texniki vəziyyəti, dövrəsində vəziyyətinə baxılır:

"İlkin texniki baxış nəticəsində məqbul qiymətə alınmış kiçik həcmli gəmilərə xidmət tərəfindən üzmə şərtləri müəyyən edilir.

Dövlət qeydiyyatına alınmış gəmilərə xidmət tərəfindən 5 il müddətinə gəmi bileti və 1 il müddətinə texniki talon verilir. Hər bir gəmiyə bolt nömrəsi təyin olunur. Gəmi istifadəçisi əvvəlki texniki baxış tarixindən bir il müddət ötmədən illik texniki baxışa təqdim etməlidir".

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin strukturuna aparatla yanaşı 5 region şöbəsi, 36 xilasetmə məntəqəsi, 8 dalğıc axtarış qrupu daxildir.






Son Xəbər