XƏBƏR
15-10-2021, 12:46

Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını açıqlayıb

Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını açıqlayıb

Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda neft hasilatının 2021-ci ildə 0,7 milyon barel/sutka təşkil edəcəyini proqnozlaşdırır.

Qərbinfo.az bu barədə Agentliyə istinadən məlumat verir.

Agentliyin qiymətləndirməsinə əsasən, 2021-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka, ikinci rübündə 0,69 milyon barel/sutka, üçüncü rübündə 0,71 milyon barel/sutka təşkil edib.

Proqnoza əsasən, bu ilin dördüncü rübündə hasilat 0,72 milyon barel/sutka olacaq.

2022-ci ildə isə Azərbaycanda neft hasilatının 0,72 milyon barel/sutka təşkil edəcəyi gözlənilir. Əvvəlki proqnozda bu göstərici 0,73 milyon barel/sutkaya bərabər idi.

Qeyd edək ki, BEA-nın hesabatına əsasən, 2020-ci ildə Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka təşkil etmişdi.






Son Xəbər