XƏBƏR, HADİSƏ
15-10-2021, 12:36

Xocavənddə xeyli sayda silah-sursat aşkar edilib

Xocavənddə xeyli sayda silah-sursat aşkar edilib

Polis əməkdaşları düşmənin daha bir hərbi mövqeyindən sursat aşkar ediblər.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qərbinfo.az-a verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, düşmənin qaçarkən atdığı silah-sursatın tapılıb aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis orqanları və əlaqədar qurumlar tərəfindən intensiv tədbirlər davam etdirilir.

Son günlər keçirilən profilaktik nəzarət tədbirləri nəticəsində Xocavənd rayonu ərazisində düşmənin tərk etdiyi hərbi mövqelərdən xeyli sayda döyüş sursatları aşkar edilib. Həmin tədbirlərin davamı olaraq Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Məmməddərə kəndi ərazisində daha 28 qəlpəli top və 2 tank mərmisi götürərək aidiyyəti üzrə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.






Son Xəbər