XƏBƏR
13-10-2021, 16:50

Baş Prokurorluğun mətbuat xidmətində islahatlar aparılıb

Baş Prokurorluğun mətbuat xidmətində islahatlar aparılıb

Baş Prokurorluqda aparılan islahatlar çərçivəsində qurumun mətbuat xidmətində də islahatlar aparılıb.

Qərbinfo.az-ın məlumatına görə, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə deyib.

O bildirib ki, mətbuat xidməti tərəfindən Baş Prokurorluğun sosial şəbəkələrdə səhifələri yaradılıb: "Məqsəd baş verən hadisələrlə bağlı operativ məlumatları ictimaiyyətə çatdırmaqdır. Hər gün müxtəlif vasitələrlə ictimaiyyətə məlumatlar çatdırılır. Həmçinin, ictimaiyyətin maarifləndirilməsi üçün videoçarxlar hazırlanır və kütləvi informasiya vasitələrinə göndərilir. Vətəndaşlar, həmçinin sosial şəbəkələr vasitəsilə Baş Prokurorluğa suallar ünvanlayır, sual və sorğular vaxtında araşdırılaraq ictimaiyyətə təqdim edilir".






Son Xəbər