XƏBƏR, SİYASƏT
13-10-2021, 11:55

Azərbaycanın İsveçrədəki səfiri bir il əvvəl ermənilərin Avropanın əsas yollarını bağladığı günlə bağlı paylaşım edi

Azərbaycanın İsveçrədəki səfiri bir il əvvəl ermənilərin Avropanın əsas yollarını bağladığı günlə bağlı paylaşım edi
Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov bir il əvvəl erməni diasporunun baş nazir Nikol Paşinyanın təşviqi ilə Avropadan "Qarabağın müstəqilliyini tanımağı" tələb edərək Avropanın əsas yollarında hərəkəti bağladığı günü xatırladıb.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə səfir öz "Twitter" səhifəsində yazıb.

Səfir bildirib: "13.10.2020 tarixində müasir dövrdə ilk dəfə hökumət başçısı öz həmvətənlərindən Aİ ölkələrini birləşdirən əsas magistralları bağlamağı, nəqliyyatın hərəkətini dayandırmağı tələb edib. Ermənistan bu qanun pozuntusuna görə cəzalanmadı, cəza Azərbaycan tərəfindən müharibədə digər cinayətlərə görə verildi.

Avropanın sıravi vətəndaşlarının Ermənistanın bu addımlarına reaksiyasını təsəvvür edin. Nəticə ermənilərin gözlədiyinin tamamilə əksi oldu".






Son Xəbər