XƏBƏR, SİYASƏT
13-10-2021, 11:22

İndi başımız uca, alnımız açıq gəzirik, Qarabağ Zəfəri əbədi qürur mənbəyimizdir – Fərhad Bədəlbəyli “Sahil Kərimli ilə Aktual” videolayihəsində

[thumb=left]http://qerbinfo.az/uploads/posts/2021-10/1634107612_trend_musahibe_131021_001-1.jpg[/thumb
Qərbinfo.az
Azərbaycanın tarixi Qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsinin ildönümü ərəfəsində SSRİ və Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, bəstəkar Fərhad Bədəlbəyli Qarabağ Zəfəri ilə bağlı təəssüratlarını bölüşüb.

Xalq artisti müharibə zamanı Azərbaycan xalqının bir nəfər kimi Ali Baş Komandan İlham Əliyevin ətrafına dəmir yumruq kimi birləşməsindən, döyüşlərdə qazandığmız ildırımsürətli qələbələrimizdən söz açıb.

F.Bədəlbəyli bildirib ki, Prezident İlham Əliyev 44 gün ərzində istər komandan kimi döyüş meydanlarında, istərsə də diplomatik müstəvidə qətiyyətlə döyüşdü və Azərbaycan dövlətinin gücünü bütün dünyaya göstərdi: “Qarabağ Zəfərinin Azərbaycan tarixində bənzəri, tayı-bərabəri yoxdur. Çünki biz unikal Qələbə qazanmışıq, indi bir xalq kimi başımız uca, alnımız açıq gəzirik. Qələbəmiz əbədi qürur mənbəyimiz olacaq”.






Son Xəbər